Medianews.az
Peskov: Avropa ilə dialoqa
84 baxış

Peskov: Avropa ilə dialoqa həmişə açığıq

“Moskva Avropa ilə dialoqdan heç vaxt imtina etməyib və həmişə ona açıqdır. Lakin çox vaxt qarşı tərəfdən qarşılıqlı addımlar görmür”.

Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov Bolqarıstanın keçmiş prezidenti Rumen Radevin partiyasının parlament seçkilərindəki qələbəsini şərh edərkən bəzi Avropa siyasətçilərinin Rusiya ilə praqmatik dialoqa hazır olduqlarını ifadə etməsini müsbət qiymətləndirib.

Eyni zamanda Kremlin nümayəndəsi Avropanın ümumi mövqeyində dəyişiklik olduğunu deməyin hələ tez olduğunu vurğulayıb: “Biz görürük ki, Brüsseldən tamamilə başqa xarakterli bəyanatlar gəlir”.

Medianews.az

Bizə qoşulun