Medianews.az
Premyer Liqa: "Kəpəz" "Şamaxı" ilə "Neftçi" "Qarabağ"la üz-üzə gələcək
145 baxış

Premyer Liqa: "Kəpəz" "Şamaxı" ilə "Neftçi" "Qarabağ"la üz-üzə gələcək

Misli Premyer Liqasında XXIX turun daha iki oyunu bu gün keçiriləcək.

Medianews.az "Report"a istinadən xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.

"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.

Bizə qoşulun