Medianews.az
"Sabah" Çempionlar Liqası oyunlarına
125 baxış

"Sabah" Çempionlar Liqası oyunlarına ciddi itki ilə çıxacaq

Azərbaycan millisinin heyətində zədələnən Xəyal Əliyevin durumuna aydınlıq gəlib.

Medianews.az İdmanxeber.az-a istinadən bildirir ki, futbolçunun ayağında yırtıq aşkarlanıb. Hazırda İspaniyada müalicəsi davam edən oyunçunun iki-üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xəyal Əliyev "Sabah"la Çempionlar Liqası matçlarında iştirak edə bilməyəcək.

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsində ilk oyunlar iyulun 7-8-də, cavab matçları isə iyulun 14-15-də baş tutacaq.

Bizə qoşulun