Medianews.az
“Sabah”ın qolçusunu istəmədilər, “Neftçi”dən ayrılan ulduzu isə…
129 baxış

“Sabah”ın qolçusunu istəmədilər, “Neftçi”dən ayrılan ulduzu isə…

“Sabah”la yeni müqavilə imzalayan Coy Lens Mikelsin adı bir neçə gün əvvəl Türkiyə klubu “Bursaspor”la birgə hallanırdı.

I Liqa təmsilçisinin rəsmisi Enbiya Topal məsələyə münasibət bildirib.

O, Mikelsin heç vaxt “Bursaspor”un transfer gündəmində olmadığını açıqlayıb. Lakin klub rəsmisi “Neftçi”dən yenicə ayrılan Vensan Abubakarla maraqlanmaları ilə bağlı verilən sualı cavabsız qoyub.

O, sadəcə transfer çalışmalarını davam etdirdiklərini deyib.

Coy Lens Mikels “Sabah”la yeni 2 illik sözləşmə bağlayıb. “Bursaspor” isə hələlik “Qarabağ”dan Toral Bayramovu heyətinə qatıb./Sportinfo.az

Bizə qoşulun