Medianews.az
Dursun Həsənov vəfat etdi -
391 baxış

Dursun Həsənov vəfat etdi - FOTO

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Medianews.az xəbır verir ki, o, Bakıda, yaşadığı evdə dünyasını dəyişib.

Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.

Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb./Bakupost.az

Allah rəhmət eləsin!

Bizə qoşulun