Dövlət Statistika Komitəsi 2026-cı il fevralın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 1103,8 manat göstərib. Medianews.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanıb:
mədən sənayesi - 3787,9 manat
maliyyə və sığorta fəaliyyəti - 2872,6 manat
informasiya və rabitə - 1929,9 manat
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1770,1 manat
nəqliyyat və anbar təsərrüfatı - 1548,1 manat
dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1434,7 manat
daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1063,5 manat
tikinti - 1236,9 manat
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1168,1 manat
emal sənayesi - 1025,4 manat
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 940,7 manat
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 846,6 manat
təhsil - 816,9 manat
turistlərin yerləşdirilməsi və ictimai iaşə - 794,9 manat
inzibati və yardımçı xidmətlərin göstərilməsi - 773,5 manat
ticarət; nəqliyyat vasitələrinin təmiri - 754,2 manat
su təchizatı, tullantıların təmizlənməsi və emalı - 743,7 manat
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 687,8 manat
başqa sahələrdə xidmətlərin göstərilməsi - 1220,5 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.
Medianews.az