Fransada davam edən ekstremal isti hava şəraiti ölüm hallarının artmasına səbəb olub.
Medianews.az xəbər verir ki, ölkənin Baş naziri Sebastyan Lekornu məsələ ilə bağlı keçirdiyi müşavirədən sonra bildirib ki, iyunun 18-dən bu günədək sərinləmək məqsədilə su hövzələrinə daxil olan 40 nəfər boğularaq həyatını itirib.
Baş nazir vətəndaşları yüksək temperatur fonunda daha ehtiyatlı davranmağa çağırıb.
Təxminən 10 gündür davam edən isti hava dalğası səbəbindən Fransanın 54 departamentində təhlükə səviyyəsi ən yüksək – qırmızı səviyyəyə qaldırılıb.
Bir çox şəhərlərdə havanın temperaturu 40 dərəcəni keçib. İsti hava şəraiti ilə əlaqədar yüzlərlə məktəbdə dərslər müvəqqəti dayandırılıb.//BAKU.WS