Medianews.az
Tanınmış məktəb direktoru vəfat etdi -
131 baxış

Tanınmış məktəb direktoru vəfat etdi - Foto

Uzun illər Bakıda müxtəlif məktəblərə rəhbərlik etmiş tanınmış pedaqoq Nəbi Mahmudov vəfat edib.

O, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, riyaziyyat üzrə fəlsəfə doktoru, Lütfi Zadə adına BMEA-nın müxbir üzvü N.Mahmudov 30 ilə yaxın müddət 83 və 246 saylı məktəb-liseylərə rəhbərlik edib. O, bir müddət Elm və Təhsil Nazirliyində də çalışıb. 200-dən yuxarı elmi, pedoqoji-metodiki məqalənin, o cümlədən 90-na yaxın dərslik, dərs və metodiki vəsaitin müəllifidir.

taninmis-mekteb-direktoru-vefat-etdi

Bizə qoşulun