Medianews.az
Təhqirə təhqirlə cavab verdilər -
120 baxış

Təhqirə təhqirlə cavab verdilər - "Real" azarkeşləri ilə argentinalı futbolçu arasında İNSİDENT

"Benfika"nın hücumçusu Canluka Prestianni UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalına vəsiqə uğrunda "Real Madrid"lə təkrar pley-off matçı ərəfəsində yeni qalmaqalın mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, futbolçu Madriddəki hotelin yaxınlığında yerli azarkeşlərin təhqirlərinə məruz qalıb.

"Kral klubu"nun bir qrup tərəfdarı argentinalı oyunçuya söyüşlər ünvanlayıblar.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid" və "Benfika" arasında insident baş vermişdi. Həmin vaxt "kral klubu"nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi.

UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi "Benfika" futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda "Real Madrid" klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.

Qeyd edək ki, "Real Madrid" - "Benfika" oyunu bu gün keçiriləcək. Portuqaliyada baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanan İspaniya təmsilçisi turu keçməyə daha yaxındır.

Bizə qoşulun