Medianews.az
Trampın 4 iyul planı var -
197 baxış

Trampın 4 iyul planı var - “Bloomberg”

ABŞ administrasiyası iyulun 4-dək Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanmasına çalışır.

Medianews.az xəbər verir ki, bunu Amerikanın “Bloomberg” agentliyi Avropa İttifaqı və NATO-dakı rəsmilərə istinadla yazıb.

Agentliyin mənbələri onu da qeyd ediblər ki, hələlik Rusiya prezidenti Vladimir Putinin real razılaşmaya hazır olduğunu göstərən heç bir dəlil-sübut yoxdur.

Ukrayna prezidenti Volodimir Zelenski bu arada mediaya açıqlamasında deyib ki, ABŞ prezidenti Donald Tramp Kiyevin həm Rusiya ilə sülh sazişi, həm də ABŞ və Avropa ölkələri ilə təhlükəsizlik zəmanətləri barədə ayrıca razılaşma imzalamasını istəyir.

Zelenskinin sözlərinə görə, Tramp bu sənədlərin eyni vaxtda və mümkün qədər geniş mərasim çərçivəsində imzalanmasını arzulayır.

4 iyul ABŞ-da Müstəqillik Günüdür. 2026-cı il iyulun 4-də ABŞ öz müstəqilliyinin 250 illiyini qeyd edəcək.

Medianews.az

Bizə qoşulun