Türkiyəli model Didem Soydan 2012-ci ildə etdiyi bitkoin investisiyasının illər sonra böyük qazanc gətirdiyini açıqlayıb.
Medianews.az bildirib ki, o, keçmiş sevgilisinin tövsiyəsi ilə bitkoin alıb və daha sonra ABŞ-yə köçdüyü üçün hesabını unudub.
İllər sonra dostları kriptovalyuta barədə danışarkən hesabını xatırlaylıb, lakin şifrəsini unutduğu üçün daxil ola bilməyib.
Model köhnə telefon nömrəsini bərpa etdikdən sonra günlərlə hesabına giriş etməyə çalışıb. Nəhayət rəqəmsal cüzdana daxil olduqda gördüyü məbləğ onu təəccübləndirib.
Soydan həmin anı belə xatırlayıb: “Bacım həyəcandan “Bacı, varlandıq!” deyə qışqırdı”.
Onun sözlərinə görə, əldə edilən gəlir pandemiya dövründə həm ailəsinə, həm də yaxın çevrəsinə maddi dəstək olmağa imkan verib.
Medianews.az