Medianews.az
Xavi onu "Qızıl top"a layiq gördü
186 baxış

Xavi onu "Qızıl top"a layiq gördü

“Barselona”nın keçmiş baş məşqçisi və oyunçusu Xavi Hernandes gələcəkdə “Qızıl top” mükafatını kimin qazanacağı ilə bağlı sualı cavablandırıb.

İspan mütəxəssis mükafatı “Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamala “təqdim edib”.

“Qızıl topu kim qazanacaq? Yamal”, – məşqçinin cavabını “The Touchline” sitat gətirib.

Yamal 15 yaşında “Barselona”nın böyüklər komandasında debüt edib. Ötən il cinah yarımmüdafiəçisi “Qızıl top” səsverməsində yalnız PSJ-dən Usman Dembeledən geri qalaraq ikinci yeri tutmuşdu. Xavi iki il əvvəl Kataloniya nəhənginin baş məşqçisi vəzifəsindən ayrılıb və o vaxtdan bəri işsizdir./publika.az

Bizə qoşulun