Amerikalı 32 yaşlı yutub blogeri Aleks Simo bağırsaq xərçənginin dördüncü mərhələsi ilə mübarizə aparmasına baxmayaraq, vəfat edib.
Medianews.az xəbər verir ki, o, 2 iyun tarixində dünyasını dəyişib.
Simo diaqnozu ilk dəfə 2025-ci ilin mart ayında açıqlamışdı. Bundan sonra o, sosial şəbəkələrdə müalicə prosesi və xəstəliklə mübarizəsi barədə paylaşım edirdi.
May ayında isə o, vəziyyətinin ağırlaşdığını və ömrünün az qaldığını bildirmişdi.
Qeyd edək ki, o evlidir.
Medianews.az