İranın Hörmüz boğazına nəzarət edən qurumu - Fars Körfəzi Boğazı Administrasiyası “X” hesabında paylaşım edib.
Medianews.az-ın məlumatına görə, paylaşımda Hörmüz boğazının növbəti xəbərdarlığadək bağlı qalacağı bildirilib.
Qeyd olunub ki, bu qərar bölgədə ABŞ-nin addımları nəticəsində yaranan gərginlik və İran Silahlı Qüvvələrinin son bəyanatları nəzərə alınaraq verilib: “Keçid üçün müraciət etmiş və icazə gözləyən tərəflər səbirli olmalı və əlavə göstərişləri gözləməlidirlər”.