Türkiyənin reytinqli seriallarından olan “Yeraltı” layihəsində gözlənilməz ayrılıq baş verib. Ekran işinin sevilən aktyorlarından biri komandanı tərk edib. Şou dünyasının tanınmış yazarlarından Birsen Altuntaşın yaydığı məlumat media gündəmini hərəkətə gətirib.
Layihədə Volkan obrazını canlandıran aktyor Burak Çelik serialla yollarını ayırıb. Onun komandadan gedişi layihənin pərəstişkarları üçün gözlənilməz olub. Aktyor artıq yeni işi üçün hazırlıqlara başlayıb.
Məşhur aktyor yaradıcılıq yolunu başqa ekran işində davam etdirəcək. Burak Çelik yaxın vaxtlarda “Kanal D” teleməkanında nümayiş olunacaq “Haysiyet” serialının heyətinə qoşulub. O, yeni ekran işində mühüm obrazlardan birini canlandıracaq.
Aktyor yeni layihədə ustad sənətkar Reha Özcan ilə tərəf müqabili olacaq. Burak Çelik təcrübəli aktyorun canlandırdığı Haluk personajının oğlu Tarık obrazı ilə tamaşaçıların qarşısına çıxacaq. Çəkiliş heyəti artıq yaxın günlərdə işə başlamağı planlaşdırır.Demokrat.az
25.06.2026, 07:07
150
baxış
Zara Editor