Medianews.az
Yuxu ilə bağlı trend üsullar təhlükəlidirmi? –
179 baxış

Yuxu ilə bağlı trend üsullar təhlükəlidirmi? – Mütəxəssis açıqladı

Mütəxəssislər bildirirlər ki, keyfiyyətli yuxunun əsas şərtləri sabit gündəlik rejim, səhər günəş işığı və rahatlaşdırıcı axşam vərdişləridir. Sosial şəbəkələrdə yayılan “tez yuxuya getmə üsulları”nın isə əksəriyyətinin elmi sübuta əsaslanmadığı qeyd olunur.

Medianews.az xəbər verir ki, bununla bağlı Katolik Səhiyyə sisteminin yuxu mütəxəssisi Devid Varkentin bildirib.

O, vurğulayıb ki, yuxu əsasən sabitlik və davranış vərdişlərindən asılıdır, trend halına gələn üsullar isə çox vaxt effektiv olmur.

Sosial mediada yayılan “ağızın yapışdırılması” (yuxuda ağızın bağlanması) üsulunun təhlükəli ola biləcəyi bildirilir. Mütəxəssis bunun xüsusilə yuxu apnesi (nəfəsin müvəqqəti dayanması) olan şəxslər üçün risk yaratdığını, elmi sübutların isə çox zəif olduğunu deyir.

Gecə yatmazdan əvvəl yağlı qidaların yuxunu yaxşılaşdırdığı iddiası da rədd edilir. Varkentin bu yanaşmanın elmi əsassız olduğunu bildirir.

Mütəxəssis aşağıdakı vərdişləri tövsiyə edir:

  • Hər gün eyni saatda oyanmaq:
  • Oyanandan sonra 10–30 dəqiqə günəş işığı almaq:
  • İdmanı günün ilk yarısında etmək:
  • Yatmazdan əvvəl ekran və ağır fiziki fəaliyyətdən uzaq durmaq:
  • Otağı qaranlıq, sakit və sərin saxlamaq:
  • Alkoqoldan istifadəni azaltmaq, çünki dərin yuxunu poza bilər.

Son dövrlərdə populyarlaşan albalı şirəsi və maqnezium qarışığından hazırlanan “təbii melatonin içkisi” müəyyən hallarda faydalı sayılsa da, mütəxəssis bunun yuxusuzluq üçün universal həll olmadığını bildirir.

Qəhvə içib qısa yuxu almağa əsaslanan “nakçino” üsulu isə yalnız məhdud hallarda faydalı ola bilər və düzgün yuxu rejimini əvəz etmir.

Mütəxəssislərə görə, ideal yuxu müddəti fərdi xüsusiyyətlərdən asılı olaraq 6–9 saat arasında dəyişir. Ən vacib faktor isə sosial media trendləri deyil, sabit və sağlam yuxu rejimidir.

Medianews.az

 

Bizə qoşulun