Medianews.az
Zelenski iki baş nazirin şantajına belə cavab verdi -
91 baxış

Zelenski iki baş nazirin şantajına belə cavab verdi - FOTO/VİDEO

Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenskini şantaj edirdilər ki, "Drujba" kəməri ilə Rusiya neftinin nəqlini bərpa etməsə, Ukraynaya verdikləri elektrik enerjisini kəsəcəklər.

Ukrayna isə bu şantaja Rusiyanın Tatarıstan Respublikasındakı Kaleykino neft nəqli (nasos) stansiyasına zərbə endirməklə cavab verib.

Kaleykino stansiyasından "Drujba" kəmərinə, neftayırma zavodlarına və ixrac terminallarına ildə 100 milyon tona qədər neft nəql edilir.

İndi kəmərə neft gəlmirsə, kəməri bərpa etməyə nə ehtiyac?..

Macarıstan və Slovakiya Ukrayna ilə hədə-qorxu dilində yox, “drujba ruhu”nda (drujba – rusca dost deməkdir) danışmağı öyrənsə, yaxşı olar.

O boyda Rusiyanın qarşısında 4 ildir dayanan ölkə 1956 və 1968-in dərslərini unudub, ümumavropa maraqlarına xəyanət edərək Rusiya maraqlarına xidmət edən siyasi cırtdanlardan niyə qorxsun?!.

Şahin Cəfərli,
politoloq

Bizə qoşulun