19.02.2025, 17:25
86
baxış
Azad
Bakıda məişət tullantılarının yarıdan çoxunun hara yönəldildiyi məlum deyil
Bakıda məişət tullantılarının 57,5 %-nin hara yönəldildiyi məlum deyil.
Medianews.az Report-a istinadla xəbər verir ki, bunu Hesablama Palatası apardığı audit nəticəsində müəyyən edib.
Auditin nəticələrinə görə, təhlükəsiz tullantıların daşınması ilə bağlı normativ tələblər tam müəyyənləşdirilməyib. Bakıda məişət tullantılarının yalnız 42,5 %-i rəsmi olaraq "Təmiz Şəhər" ASC-yə təhvil verilir. Qalan tullantıların hara yönəldildiyi qeyri-müəyyəndir. Bu, qanunsuz çeşidlənmə və tullantıların düzgün idarə olunmaması problemlərini artırır.
Palatanın hesabatında tullantıların toplanması və daşınması sahəsində vahid nəzarət mexanizminin yaradılmasının vacibliyi vurğulanıb.