Medianews.az
ABŞ-dan Putinə G20 dəvəti iddiası:
133 baxış

ABŞ-dan Putinə G20 dəvəti iddiası: 7 ildən sonra ilk ola bilər

ABŞ-nin Rusiya prezidenti Vladimir Putini dekabrda Mayamidə keçiriləcək G20 zirvəsinə dəvət etməyi nəzərdən keçirdiyi iddia olunur.

G20 dünyanın ən böyük iqtisadiyyatlarını (19 ölkə + Avropa İttifaqı + Afrika İttifaqı) birləşdirən əsas hökumətlərarası forumdur.

Medianews.az xəbər verir ki, Mayami zirvəsinə dəvət olunsa və dəvəti qəbul etsə, bu, Putinin 2019-cu ildən sonra ilk dəfə G20 sammitinə yola düşməsi demək olacaq.

Məlumata görə, 14-15 dekabr tarixlərində planlaşdırılan zirvə görüşü üçün rəsmi dəvətlər hələ göndərilməyib. ABŞ rəsmiləri Rusiyanın G20 üzvü olduğunu vurğulayaraq, Moskvanın həm nazirlər, həm də liderlər səviyyəsində tədbirlərə dəvət edilə biləcəyini deyirlər.

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı məlumatlı olmadığını söyləsə də, belə bir dəvətə qarşı çıxmayacağını da qeyd edib.

Xatırladaq ki, Vladimir Putin sonuncu dəfə 2019-cu ildə Yaponiyanın Osaka .əhərində keçirilən G20 zirvəsinə yollanıb. Sonrakı illərdə o, tədbirlərə ya onlayn qoşulub, ya da nümayəndə göndərib.

Medianews.az

Bizə qoşulun