Medianews.az
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ –
122 baxış

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ – FOTO

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

Medianews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib. O bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.

Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.

Çox sayda elmi məqalənin, kitab və monoqrafiyaların, patentlərin və ixtiraların müəllifi olub. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Bizə qoşulun