Medianews.az
“Apple”da rəhbərlik dəyişikliyi:
90 baxış

“Apple”da rəhbərlik dəyişikliyi: Yeni CEO kim olacaq?

“Apple” şirkəti CEO (baş icraçı direktor)  Tim Kukun 1 sentyabr 2026-cı ildən etibarən vəzifəsindən ayrılacağını açıqlayıb.

Medianews.az xəbər verir ki, o, şirkətin İdarə Heyətinin sədri olacaq.

Məlumata görə, Kuk 2011-ci ildən CEO vəzifəsini icra edirdi və şirkətdə yeni məhsul və xidmətlərin inkişafında mühüm rol oynayıb. O, vəzifədən ayrılsa da, şirkətin bəzi strateji məsələlərində fəaliyyətini davam etdirəcək.

Onun yerinə “Apple”ın aparat mühəndisliyi üzrə yüksək vəzifəli rəhbəri Con Ternus təyin olunacaq. Ternus 2001-ci ildən şirkətdə çalışır və bir çox məhsulun hazırlanmasında iştirak edib.

Şirkət rəhbərliyi dəyişikliyinin uzun müddətdir planlaşdırıldığı bildirilib.

Medianews.az

 

Bizə qoşulun