Medianews.az
Avropalılara qarşı Mərakeşin göstərdiyi ŞOU  -
84 baxış

Avropalılara qarşı Mərakeşin göstərdiyi ŞOU - Niderland 3-cü OLDU

Mərakeş millisi DÇ-2026-nın 1/16 finalında Niderlandı turnirdən kənarlaşdıraraq növbəti tarixi uğura imza atıb.

Medianews.az xəbər verir ki, bununla da afrikalılar dünya çempionatlarının pley-off mərhələsində ardıcıl üçüncü dəfə Avropa nəhənglərini mübarizədən kənarlaşdırıblar.

Xatırladaq ki, Mərakeş DÇ-2022-də də möhtəşəm oyun nümayiş etdirərək 1/8 finalda İspaniyanı (penaltilərlə 3:0), 1/4 finalda isə Portuqaliyanı (1:0) məğlub etmişdi.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-dək davam edəcək. Turnirin son çempionu isə Argentina millisidir.

Medianews.az

Bizə qoşulun