Medianews.az
Günə pozitiv başlamaq üçün
80 baxış

Günə pozitiv başlamaq üçün hər səhər bunu edin

Rusiyalı həkimlər yaddaşı məşq etdirmək, günə yüksək əhval-ruhiyyə ilə başlamaq və beyni düzgün oyatmağın effektiv üsullarını açıqlayıblar.

Medianews.az xəbər verir ki, mütəxəsislərin fikrincə, yataqdan duran kimi beyni aktivləşdirmək üçün bu ardıcıllığa əməl etmək lazımdır:

  • Pozitiv yüklənmə: Oyandıqdan dərhal sonra həyatınızdan 3 xoş anı xatırlayın.

  • Detalları canlandırmaq: Ötən günə aid kiçik bir detalı — məsələn, çay içdiyiniz fincanın rəngini və ya son söhbətin mövzusunu yaddaşınızda bərpa edin.

  • Söz oyunu: Yaxınlarınızdan 5 təsadüfi söz deməsini xahiş edin və bir neçə dəqiqə sonra onları təkrarlayın. Həmçinin hər gün bir yeni söz öyrənib ona assosiasiyalar tapmağa çalışın.

  • Riyazi final: Beynin tam oyanması üçün ürəyinizdə 1-dən 30-a qədər və geriyə doğru sürətlə sayın.

Mütəxəssislər onu da qeyd edib ki, səhərlər bu məşqləri etməyə enerjinin olmaması yuxusuzluq, susuzlaşma (dehidratasiya) və ya gizli xəstəliklərdən xəbər verə bilər. Əgər şəxsdə səhərlər başgicəllənmə və gecə tərləmələri varsa, mütləq həkimə müraciət edilməlidir.

Bizə qoşulun