Medianews.az
Rusiyada gecə həyəcanı:
85 baxış

Rusiyada gecə həyəcanı: 419 Ukrayna PUA-sı...

30 iyun gecəsi Rusiya bölgələrində hava hücumundan müdafiə bölmələri 419 pilotsuz uçuş aparatını vurub.

Medianews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bütün dronlar təyyarə tipli olub.

Onlar Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Ryazan, Lipetsk, Rostov, Saratov, Smolensk, Tambov, Tver, Tula vilayətlərində, Moskva istiqamətində, eləcə də Krasnodar diyarında və Rusiyanın işğalı altında olan Krımda vurulub.

Gecə yarısından bəri Moskvaya yaxınlaşarkən vurulan dronların sayı 50-yə çatıb.\Publika.az

Bizə qoşulun