Medianews.az
Niderlandı yola salan Mərakeş məşqçisindən
86 baxış

Niderlandı yola salan Mərakeş məşqçisindən İDDİALI AÇIQLAMA

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Vəhbi DÇ-2026-nın 1/16 finalında Niderland üzərində qazanılan qələbədən sonra komandasının hədəflərindən danışıb.

Medianews.az xəbər verir ki, növbəti mərhələdə Kanada ilə qarşılaşacaqlarını xatırladan baş məşqçi komandada böyük bir mentalitet dəyişikliyi olduğunu vurğulayıb.

"Qatardakı DÇ-2022 bu komandanın mentalitetini tamamilə dəyişdi. İndi futbolçular da, azarkeşlər də bizə inanır. Öz oyunumuzu oynasaq, bizi heç kim saxlaya bilməz. Çoxları elə bilir ki, Kanada ilə matç asan gəzinti olacaq, amma bu, belə deyil. Çətin rəqiblə qarşılaşacağıq. Yenilməz komanda yoxdur, səhv etsək, evə dönəcəyik. Maksimum nəticə üçün tam hazır olmalıyıq", — deyə Vəhbi bildirib.

Medianews.az

Bizə qoşulun