Medianews.az
Azərbaycanlı gənc Çində elmi dərəcəyə layiq görüldü -
67 baxış

Azərbaycanlı gənc Çində elmi dərəcəyə layiq görüldü - FOTOLAR

Azərbaycanlı gənc Leyla Araz qızı Quliyeva Çin Xalq Respublikasının Uhan şəhərində yerləşən Huazhong University of Science and Technology (HUST) Universitetinin Dövlət İdarəçiliyi fakültəsi üzrə doktorantura təhsilini uğurla başa vuraraq idarəetmə ixtisası üzrə (e-government istiqaməti) fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

Leyla Quliyeva Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşıdır. O, RİH başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələlər sektorunun əməkdaşıdır, dövlət qulluqçusudur.

Leyla Quliyevanın əldə etdiyi bu mühüm elmi nailiyyət ölkəmizin dövlət idarəçiliyi sahəsində insan kapitalının inkişafına töhfə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də nümunəvi uğur kimi qiymətləndirilir.

Bizə qoşulun