Medianews.az
Bu postsovet ölkəsində robot itlər patrul xidməti aparmağa başladı
181 baxış

Bu postsovet ölkəsində robot itlər patrul xidməti aparmağa başladı

Qazaxıstanın Aktau şəhərində ictimai təhlükəsizliyi artırmaq üçün robotlaşdırılmış platformalar tətbiq olunub.

Medianews.az xəbər verir ki, robot itlər bu şəhərin ictimai məkanlarında patrul xidməti aparmaq, vəziyyəti izləmək və cinayətlərin qarşısını almaq üçün istifadə olunacaq.

Sistemlər videomüşahidə sistemləri ilə təchiz olunub və məlumatları real vaxt rejimində Əməliyyatların İdarə Edilməsi Mərkəzinə ötürə bilir. Robotlar, həmçinin şübhəli əşyaları, tüstü və yanğın əlamətlərini aşkarlaya və avtomatik olaraq təcili yardım xidmətlərinə siqnal ötürə bilir.

Gələcəkdə robotların potensial tətbiq sahələrinə terrorizmə qarşı əməliyyatlar, təhlükəli əşyaların məsafədən yoxlanılması və onların əməkdaşların həyatı üçün risk olmadan başqa yerə aparılması üzrə fəaliyyətlərin daxil edilməsi də nəzərdən keçirilir.

Robotlaşdırılmış platformalar əvvəllər Astana və Almatıda tətbiq olunub./AZƏRTAC

Bizə qoşulun