Medianews.az
Çempionlar Liqasının yekun sxemi
237 baxış

Çempionlar Liqasının yekun sxemi

UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünə 81 komanda buraxılır.

Medianews.az bildirir ki, yekun sxemə görə, İngiltərə və İspaniyadan 5, İtaliya və Almaniyadan 4, Fransadan 3, Niderland və Portuqaliyadan 2, Belçika, Çexiya, Türkiyə və Ukraynadan 1 komanda rəqibləri liqa mərhələsində gözləyəcək.

Macarıstan, Rumıniya, Bolqarıstan, Azərbaycan, İrlandiya, Moldova, İslandiya, Bosniya, Ermənistan, Latviya, Kosovo, Finlandiya, Qazaxıstan, Farer adaları, Malta, Şimali İrlandiya, Litva, Estoniya, Albaniya, Monteneqro, Lüksemburq, Uels, Gürcüstan, Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq, San Marino çempionları turnirə birinci mərhələdən başlayacaq.

İkinci mərhələnin çempionlar yoluna Polşa, Danimarka, İsveçrə, İsrail, Kipr, İsveç, Xorvatiya, Serbiya, Slovakiya, Sloveniya çempionları, liqalar yoluna Türkiyə, Avstriya, Şotlandiya və Polşa çempionatlarının gümüş medalçıları düşüb.

Üçüncü mərhələnin liqalar yolunda Fransa çempionatının dördüncüsü, Niderland çempionatının bürünc medalçısı, Belçika, Çexiya, Norveç və Yunanıstan çempionatlarının gümüş medalçıları start götürəcək.

Dördüncü mərhələnin çempionlar yolunda Norveç, Yunanıstan, Avstriya, Şotlandiya çempionları yer alır.

Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək. 36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala vəsiqə alacaq.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Medianews.az

Bizə qoşulun