Medianews.az
DÇ-2026 matçından sonra atışma:
196 baxış

DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı

DÇ-2026 çərçivəsində keçirilən Norveç - Fransa matçından sonra silahlı insident baş verib.

Bu barədə ABC News məlumat yayıb.

İnsident nəticəsində dörd nəfər güllə yarası alıb.

Massaçusets Polis Departamentinin açıqlamasında deyilir: “Cümə günü gecə yarısından az əvvəl atışma ilə bağlı bir neçə müraciət daxil olub. Polis əməkdaşları Meyn-strit və Park-stritin kəsişməsinə gəldikdə, azı 4 nəfərin güllə yarası aldığını müəyyən ediblər”.

Yaralananların hamısı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı saxlanılanların olmadığı da bildirilib.//QOL.az

Bizə qoşulun