Medianews.az
 "İskəndər" raket istehsalı zavodu
149 baxış

"İskəndər" raket istehsalı zavodu vuruldu

Rusiyanın Volqoqrad vilayətində zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.

Bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.

"Fəsadların aradan qaldırılması zamanı müəssisə işçisinin cəsədi aşkarlanıb. Həlak olan şəxsin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.

Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.//Bakıvaxtı.az

Bizə qoşulun