Medianews.az
Dünyanın ən sağlam bitkisi:
129 baxış

Dünyanın ən sağlam bitkisi: 5 əsas faydası

Kahı gündəlik qidalanmada, xüsusilə salatların tərkibində geniş istifadə olunan yaşıl yarpaqlı tərəvəzdir.

Medianews.az bildiri ki, tərkibindəki vitamin və minerallar sayəsində “ən faydalı göyərtilər”dən biri hesab olunur.

Kahı xüsusilə A, C və K vitaminləri ilə zəngindir və həzm sistemi üçün faydalıdır. Tərkibindəki yüksək lif bağırsaq hərəkətlərini tənzimləyir, qəbizlik kimi problemlərin azalmasına kömək edir.

Tərkibinin təxminən 90 faizi sudan ibarət olduğu üçün orqanizmdə su balansının qorunmasına dəstək verir və xüsusilə isti havalarda susuzlaşmanın qarşısını almağa kömək edir.

A vitamini sayəsində göz sağlamlığını dəstəkləyir, göz quruluğu və bəzi infeksiya risklərini azaldır. Bundan əlavə, sinir sisteminə müsbət təsir göstərərək stressin azalmasına və orqanizmin sakitləşməsinə kömək edir.

Medianews.az

 

Bizə qoşulun