Medianews.az
Fenomenlərə şok -
94 baxış

Fenomenlərə şok - “İnstagram” hesabları bağlandı

Türkiyədə bir neçə tanınmış sosial media simasının “İnstagram” hesablarına giriş məhdudlaşdırılıb.

Medianews.az xəbər verir ki, sosial media fenomenləri kimi tanınan Dilan Polat və Mükremin Gezginin “İnstagram” profilləri platforma tərəfindən bloklanıb və görünməz hala gətirilib.

Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, Türkiyə mətbuatında yayılan məlumatlarda bu cür məhdudiyyətlərin adətən platforma qaydalarının pozulması, şikayətlər əsasında aparılan yoxlamalar və ya hüquqi proseslərlə əlaqəli ola biləcəyi qeyd edilir. Xüsusilə son illərdə sosial şəbəkələrdə aktiv olan bir sıra məşhurların maliyyə əməliyyatları, reklam fəaliyyəti və paylaşımları üzərindən monitorinqin gücləndirildiyi vurğulanır. 

Hesabları bloklanan şəxslərdən Dilan Polat alternativ “İnstagram” hesabı vasitəsilə paylaşım edərək vəziyyətə münasibət bildirib. O, paylaşımında həyatına dair məyusluq tonlu ifadələr işlədərək hesabların onun üçün əsas əhəmiyyət daşımadığını, hazırkı vəziyyəti qəbul etdiyini qeyd edib.//Yeni Sabah

Bizə qoşulun