Fransanın Nansi şəhəri yaxınlığındakı Tomblen qəsəbəsində paraşüt tullanışı üçün həyata keçirilən uçuş faciə ilə nəticələnib.
Medinews.az xəbər verir ki, Almaniya qeydiyyatlı “Pilatus” tipli təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə göyərtədə olan 11 nəfərin hamısı həlak olub.
Qəza zamanı pilot, beş paraşüt təlimatçısı və ilk tullanışlarını etməyə hazırlaşan beş iştirakçı həyatını itirib.
Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı istintaq başladılıb, qəzanın texniki nasazlıq səbəbindən baş verməsi ehtimal olunur.