Medianews.az
Gənc almanların bu qədəri ölkəni tərk etməyi düşünür
77 baxış

Gənc almanların bu qədəri ölkəni tərk etməyi düşünür

Gənc almanların ən azı 21%-i həyat şəraitlərini yaxşılaşdırmaq üçün ölkəni tərk etməyi fəal şəkildə düşünür.

Medianews.az bildirir ki, “Bild” qəzetinin illik sorğuya istinadən verdiyi məlumata görə, ümumilikdə gənclərin 41%-i belə bir ssenariyə hazır olduqlarını bildirirlər.

Respondentlərin təxminən üçdə biri psixoloji dəstəyə ehtiyac duyduğunu etiraf edib və bu, 2010-cu ildən bəri aparılan bu sorğular seriyası üçün rekord göstəricidir. Respondentlərin iyirmi üç faizi isə maliyyə borcu olduğunu deyib. Bu da rekord göstəricidir.

Tədqiqatın müəlliflərindən biri olan Konstanz Universitetindən Kilian Hampel qəzetə şərhində bildirib ki, ev almaq və ya kirayələmək, şəxsi gəlir əldə etmək və karyera inkişafı kimi əsas məsələlərin həlli ölkə daxilində çətin göründüyü zaman xaricdə alternativlər daha cəlbedici olur.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, gənc almanlar işləmək üçün yüksək motivasiyaya malikdirlər, lakin Almaniyada zəhmətin bəhrə verib-verməməsi ilə bağlı şübhələr artır. Xüsusilə, respondentlər süni intellekt texnologiyalarının onları işsiz qoyacağından narahat olduqları üçün karyera perspektivlərinə daha az inamlı olublar. Eyni zamanda, peşə təhsili gənclər üçün getdikcə daha cəlbedici hala gəlir.

Onu da qeyd edək ki, Şərqi Avropa ölkələrindən tutmuş uzaq Asiya, Afrika ölkələrinə qədər yüzdən artıq ölkənin gəncləri isə daha yaxşı həyat qurmaq şansının Almaniyada olduğunu düşünürlər. Bu səbəbdən Almaniya miqrantların ən çıx axışdığı ölkədir./Musavat.com 

Bizə qoşulun