Medianews.az
Günəşdə güclü partlayışlar qeydə alındı:
181 baxış

Günəşdə güclü partlayışlar qeydə alındı: Yerə təhlükə varmı?

Günəşdə koronoqraflar tərəfindən kütləvi plazma atılmaları qeydə alınıb. Hadisələrin mənbəyi Günəşin Yerə görünməyən (əks) tərəfində yerləşən yeni ləkələr və 4436-cı aktiv qrupun yenidən canlanmasıdır.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu "Telegram" kanalında məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, qeydə alınan proseslər hazırda Yer üçün təhlükə yaratmır. Günəşin uzaq tərəfində formalaşan böyük ləkələr artıq Yerə baxan tərəfə çıxsa da, hələlik aktivlik göstərmirlər. “Solar Orbiter” aparatının müşahidələri həmin bölgələrdə Günəş səthində parçalanma proseslərinin baş verdiyini göstərib. Bu isə onların güclü enerji yığmaması və “zəif qalıqlar” xarakteri daşıya biləcəyi ehtimalını artırır.

Alimlər qeyd edirlər ki, nəticə çıxarmaq üçün hələ tezdir, lakin hazırkı məlumatlar birbaşa təhlükə olmadığını göstərir. Güclü X sinifli alışmaların baş vermə ehtimalı isə 5-10% səviyyəsində qiymətləndirilir ki, bu da aşağı risk göstəricisi sayılır.

Ümumilikdə, tədqiqatçılar yaxın günlərdə güclü maqnit fırtınalarının gözlənilmədiyini bildirirlər. Günəşdəki vəziyyət isə daimi müşahidə altında saxlanılır./publika.az

Bizə qoşulun