Medianews.az
"Bir səhvlə hər şey bitdi!" —
95 baxış

"Bir səhvlə hər şey bitdi!" — Van Dayk Niderlandın gedişindən danışdı

Niderland millisinin müdafiəçisi Vircil van Dayk komandasının Mərakeşə məğlub olaraq DÇ-2026-nın 1/16 finalında mübarizəni dayandırmasına reaksiya verib.

Medianews.az xəbər verir ki, bu haqda NOS-aya verdiyi müsahibədə danışıb: “Yaxşı müdafiə olunurduq və rəqibə boşluq vermirdik. Lakin əlavə vaxtda etdiyimiz bir səhv hər şeyi bitirdi. Penaltilərə hazırlaşmışdıq, əlimizdən gələni etdik. Sonda isə tək fikrim məğlub olan komanda yoldaşlarıma dəstək olmaq idi".

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Mərakeş daha dəqiq oynayıb. Onlar növbəti mərhələdə Kanada ilə qarşılaşacaqlar.

Medianews.az

Bizə qoşulun