Medianews.az
İranda dəhşətli repressiya dalğası:
96 baxış

İranda dəhşətli repressiya dalğası: 21 nəfər edam edilib, 4 min həbs var

İranda davam edən gərginlik fonunda ölkədə edamların və kütləvi həbslərin sayı kəskin şəkildə artıb.

Medianews.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı son hesabata görə, müharibənin başlanğıcından bəri İranda 21 nəfər edam edilib, 4 mindən çox insan isə həbs olunub.

Edam edilənlər arasında 2026-cı ilin yanvar ayında başlayan ümummilli etiraz aksiyalarında iştirakına görə ölüm hökmü almış ən azı doqquz nəfər var. Bundan əlavə, daha on nəfər müxalif qruplara üzv olmaqda, iki nəfər isə casusluqda ittiham olunaraq dar ağacından asılıb.

BMT rəsmiləri bildirir ki, ölkədə internetin demək olar ki, tamamilə kəsilməsi və məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən real repressiya miqyası qeyd olunan rəqəmlərdən qat-qat yüksək ola bilər. Beynəlxalq təşkilat Tehranın nümayiş etdirdiyi bu sərt mövqedən dərin narahatlığını ifadə edərək, insan haqlarına riayət olunması üçün çağırış edib.

Hazırda İranda daxili gərginliyin artması və hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Rəsmi Tehran isə bu addımları dövlət təhlükəsizliyini qorumaq zərurəti ilə əsaslandırır.//Musavat.com

Bizə qoşulun