Təhlükəsizlik qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin sünni məzhəbli din xadimi Mövləvi Əbdüləziz Ömərzehini həbs ediblər.
Bu haqda yerli mənbələr məlumat yayıb.
Onun ötən gün Zahidan şəhərinin Məkki məscidindən çıxdığı zaman saxlanılaraq naməlum yerə aparıldığı bildirilib.
Qeyd edək kİ, din xadimi bundan əvvəl də repressiyalara etiraz etdiyinə görə saxlanılıb və şəxsiyyət vəsiqəsi ləğv edilib./axar.az