İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətində yerləşən 10 yaşayış məntəqəsinin sakinlərinə təcili evakuasiya çağırışı edib.
Bu barədə İsrail ordusunun ərəbdilli nümayəndəsi Avixay Edri sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, “Hizbullah” atəşkəs razılaşmasını pozmağa davam etdiyi üçün İsrail ordusu yaxın vaxtlarda həmin ərazilərə hava zərbələri endirəcək.
“Biz “Hizbullah”a qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Təhlükəsizliyiniz naminə evlərinizi dərhal tərk edin və yaşayış məntəqələrindən ən azı bir kilometr uzaqlaşın”, - deyə o vurğulayıb.
"Hizbullah" ilə bağlı vəziyyətin gərginləşməsi fonunda bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyi bildirilir.
“Asharq al-Awsat” nəşrinin məlumatına görə, sərhəddən 40 kilometr məsafədə yerləşən Cizzin, Nəbatiyyə və Sayda ətrafındakı ümumilikdə 95 şəhər və kəndin sakinləri də təhlükə altındadır.
Bundan başqa, İsrail ordusunun “Hizbullah”ın təchizat xətlərinin keçdiyi Qərbi Bəkaa bölgəsində də hərbi əməliyyatlara başladığı qeyd olunur./publika.az