Medianews.az
Kənan Yıldız barədə qərar
214 baxış

Kənan Yıldız barədə qərar DƏYİŞDİRİLDİ

İngiltərənin "Arsenal" klubu bir müddətdir maraq göstərdiyi "Yuventus" futbolçusu Kənan Yıldız ilə bağlı transfer planlarından imtina edib.

Medianews.az xəbər verir ki, Turin təmsilçiliyi gənc vingeri komandada saxlamaqda qərarlıdır və onun satılmasının gündəmdə olmadığını qarşı tərəfə çatdırıb.

21 yaşlı futbolçunun "Yuventus"la qüvvədə olan müqaviləsi 2030-cu ilin yayına qədər davam edir. Hazırda onun transfer dəyərinin təxminən 75 milyon avro olduğu bildirilir.

Kənan Yıldız ötən mövsüm İtaliya A Seriyasında nümayiş etdirdiyi performansla diqqət çəkib. Türkiyə millisinin üzvü çempionatda keçirdiyi 36 oyunda 10 qola imza atıb, həmçinin komanda yoldaşlarına 7 məhsuldar ötürmə verib.

Beləliklə, "Arsenal"ın transfer siyahısında yer alan gənc futbolçunun yaxın zamanda "Yuventus"dan ayrılması ehtimalı xeyli azalıb.//Milli.Az

Bizə qoşulun