2026-cı il dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Argentina İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) mətbuat xidmətindən verilən məlumata görə, “Albiceleste”nin yarımmüdafiəçisi Covani Lo Celso matçın ən yaxşı oyunçusu seçilib. Yarımmüdafiəçi 60 dəqiqə meydanda olub və bir qol vurub.
Lionel Skaloninin komandası doqquz xal qazanaraq Dünya Kubokunun pley-off mərhələsinə birinci yerdən yüksəlib. Argentina mötəbər turnirin 1/8 final mərhələsinə vəsiqə uğrunda Kabo-Verde ilə qarşılaşacaq./publika.az