Medianews.az
Marsa neçə günə çatmaq olar?
145 baxış

Marsa neçə günə çatmaq olar?

Mars Günəş sistemində Veneradan sonra Yerə ən yaxın ikinci planetdir.

Qırmızı rəngə çaldığına görə planet müharibə tanrısının adını alıb.

Hər 26 ayda bir Mars Yerə yaxınlaşır – o zaman aralarındakı məsafə təxminən 57 milyon km olur (İki planet arasındakı ən böyük məsafə təxminən 401 milyon km-dir).

Bu yaxınlaşmaya Marsın müxalifəti və ya qarşıdurması deyilir.

Bu dövr qırmızı planetə uçmaq üçün ən optimal vaxtdır.

Hesablamalara görə, yanacaqdan qənaətlə istifadə etmək şərti ilə Marsa 6-9 aya (təxminən 180–270 günə) çatmaq olar.

Marsa uçmağın hələlik iki mümkün yolu var:

  1. Klassik trayektoriya (Hohmann keçidi): Ən çox istifadə olunan, yanacağa qənaətli yol. Təxminən 7–8 ay çəkir. NASA-nın planlaşdırdığı ekipajlı uçuşlar da əsasən bu sxem üzərində qurulur.
  2. Daha sürətli uçuş (daha çox yanacaqla): Nəzəri olaraq 4–5 aya da uçmaq olar, amma bunun üçün daha çox yanacaq və daha ağır kosmik gəmi lazımdır. Bu isə yüksək risk deməkdir.

Texnologiyalar inkişaf etdikcə, ələlxüsus da nüvə mühərrikləri istifadəyə verilərsə, gələcəkdə 90–120 günə də Marsa çatmaq olar, amma bu, hələ real missiya mərhələsində deyil.

“Curiosity Rover” Marsa 254, “Perseverance” 204, “Mariner 7” isə cəmi 128 günə uçub.

İndiki reallıqla hesablaşaraq belə demək olar: Mars yaxın deyil, amma əlçatmaz da deyil, sadəcə 7 ay səbir tələb olunur.

İbarahim Nəbioğlu

Bizə qoşulun