Rusiyalı məşhur aparıcısı Viktoriya Panina qəzaya düşüb.
Medianews.az xəbər verir ki, aparıcı baş verənlər barədə sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, digər avtomobilin sürücüsü qırmızı işıqda keçərək maşınına çırpılıb və avtomobilinin ön hissəsinə ciddi ziyan dəyib. Aparıcı bildirib ki, hadisə nəticəsində yüngül xəsarətlər alıb və güclü qorxu keçirib.
Qəza səbəbindən Panina çəkilişə gecikib. O qeyd edib ki, yol polisi əməkdaşlarını saatlarla gözləməli olub və sənədləşmə prosesi uzun çəkib.
Medianews.az