Medianews.az
Xərçəng riskini azaltmağa kömək edən
128 baxış

Xərçəng riskini azaltmağa kömək edən 4 QİDA

Onkoloq Uilyam Li xərçəngin qarşısının alınmasına kömək edə bilən dörd qidanı açıqlayıb. Onun sözlərinə görə, orqanizmdə daim xərçəng hüceyrələri yaransa da, güclü immun sistemi onları məhv edir.

Medianews.az-ın məlumatına görə, həkim qeyd edib ki, əsas risk immun sisteminin zəifləməsi və xroniki iltihabın yaranması ilə bağlıdır. Bu vəziyyət siqaret çəkmə və ya həddindən artıq günəş şüasına məruz qalma ilə əlaqəli ola bilər.

Li bildirib ki, bəzi qidalar orqanizmin müdafiə qabiliyyətini gücləndirir. Bunlara soya, pomidor, alma və giləmeyvələr daxildir. Bu məhsullar vitaminlər, antioksidantlar və polifenollarla zəngindir və immun sisteminin düzgün işləməsinə dəstək verir.

Həkim vurğulayıb ki, qidalar xərçəngdən tam qorumasada, bədənin xəstəliklə mübarizə imkanlarını artırır.

Medianews.az

Bizə qoşulun