Medianews.az
Putin Əraqçini
102 baxış

Putin Əraqçini qəbul edib

Rusiya Prezidenti Vladimir Putin İran xarici işlər naziri Abbas  Əraqçini qəbul edib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşdə Putin ötən həftə İranın Ali Rəhbəri Müctəba Xameneidən mesaj aldığını bildirib.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak edir.

İran nümayəndə heyətinə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi və İranın Moskvadakı səfiri Kazem Cəlali daxildir.

Bizə qoşulun