Medianews.az
Qadın tramvaya
138 baxış

Qadın tramvaya "ərə getdi"

Fransanın Strasburq şəhər sakini Sandra Ram qeyri-adi nikahı ilə dünya mətbuatının diqqətini çəkib.

O, yerli nəqliyyat şirkətinə məxsus 3013 nömrəli tramvaya aşiq olduğunu və onunla evləndiyini bəyan edib.

Sandra bu qəribə hisslərin bir neçə il əvvəl yarandığını, 2020-ci ildəki pandemiya məhdudiyyətləri dövründə isə tam formalaşdığını bildirir. O, cansız əşyalara qarşı emosional və romantik bağlılıq kimi tanınan "obyektofilliya"dan əziyyət çəkdiyini deyir. Maraqlıdır ki, "toy" mərasimi tramvay sürücüsünün köməkliyi ilə kiçik bir bayram şəklində təşkil olunub.

Qadının sözlərinə görə, onun real həyatda sevgilisi də var və həmin şəxs Sandranın tramvayla olan "münasibətlərinə" heç bir etiraz etmir. Hazırda Sandra sosial şəbəkələrdə öz "tərəf müqabili" ilə bağlı mütəmadi paylaşımlar edir və bu qeyri-adi sevgi hekayəsinin detallarını izləyiciləri ilə bölüşür.//Demokrat.az

Bizə qoşulun