Medianews.az
Xarici valyutalar Azərbaycanda:
223 baxış

Xarici valyutalar Azərbaycanda: yarım ildə nə dəyişib?

Medianews.az xarici valyutaların rəsmi məzənnələrinin yarım ildə necə dəyişməsinə nəzər salıb.

2026-cı ilin ilk yarısında avronun tənzimlənən kursu 1,9859 manatdan 1,9362 manata enib.

Türkiyə lirəsi 0,0395 manatdan 0,0364 manata geriləyib.

Gürcüstan larisinin qiyməti 0,6305 manatdan 0,6436 manata, 100 Rusiya rublunun dəyəri 2,1157 manatdan 2,2078 manata yüksəlib.

Mərkəzi Bank 2018-ci il martın 7-dən ABŞ dollarının məzənnəsini sabit saxlayır.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ili 1,7707 manatla, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun