İran və Azərbaycanın xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov arasında telefon danışığı olub.
Medianews.az xəbər verir ki, bu barədə Əraqçinin sosial şəbəkə hesablarında bildirilib.
"Abbas Əraqçi və Ceyhun Bayramov regiondakı son vəziyyət barədə danışıqlar aparıb, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər", - deyə qeyd olunub.
Söhbətin detalları açıqlanmayıb.