"Aşk Tesadüfleri Sever" filmlər silsiləsi yeni ekran əsəri ilə davam edir. Sevilen seriyanın üçüncü hissəsi üçün hazırlıqlara başlanılıb.
Demokrat.az xəbər verir ki, ekran işinin baş rollarını tanınmış aktyorlar Mehmet Günsür və Devrim Özkan paylaşacaq. Filmin rejissor kürsüsündə ənənəvi olaraq Ömer Faruk Sorak əyləşəcək. Yeni layihə 2011-ci ildə izləyicilərin rəğbətini qazanan ilk filmin davamı kimi təqdim olunacaq.
Çəkilişlər iyulun 7-də İstanbulda start götürəcək və avqustun 7-də Ankarada yekunlaşacaq. Devrim Özkan filmdə 'Mavi' adlı reklamçını canlandıracaq. Mavi obrazı orqan donoru mövzusuna diqqət çəkmək üçün foto sərgi təşkil edir. Onun yolu sevdiyi qadının ürəyi ilə həyatda qalan 'Özgür'lə (Mehmet Günsür) kəsişir.
Ekran işində Ayda Aksel və Serkan Altunorak kimi məşhur simalar da rol alıb. İlk filmdə baş rolu ifa edən Belçim Bilgin isə yeni layihədə flashback və yuxu səhnələri ilə izləyicilərin qarşısına çıxacaq. Filmin noyabrın 20-də kinoteatrlarda nümayişi planlaşdırılır.
13.06.2026, 06:44
158
baxış
Zara Editor