Medianews.az
 Zlatandan Niderland millisinin baş məşqçisinə
86 baxış

Zlatandan Niderland millisinin baş məşqçisinə SƏRT TƏNQİD

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Niderland millisinin DÇ-2026-dan vaxtından əvvəl ayrılmasında baş məşqçi Ronald Kumanı sərt şəkildə ittiham edib.

Medianews.az xəbər verir ki, Mərakeşə məğlubiyyəti şərh edən Zlatan komandanın öz oyun üslubunu itirdiyini bildirib: "Bu məğlubiyyətdə günahkar Ronald Kumandır. Niderland millisini sadəcə tanıya bilmədim. Məsələ heç nəticədə də deyil, Kuman komandanın futbol identikliyini məhv etdi. Onun konsepsiyası bu millinin ruhuna tamamilə zidd idi. Futbolçular meydanda diskomfort yaşayırdılar, topa sahib ola bilmirdilər və hücumda heç nə yaratmırdılar. Bu acınacaqlı mənzərənin tək məsuliyyəti məşqçinin üzərinə düşür”.

Xatırladaq ki, Niderland millisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq (3:2) turnirlə vidalaşıb.

Medianews.az

Bizə qoşulun